Elektron ticarət vergi nəzarətinə götürüləcək

2014-08-28 | Vergilər | 3200

Azərbaycanda elektron ticarət vergi nəzarətinə götürüləcək. Vergilər Nazirliyinin idarə rəisi Natiq Şirinovun sözlərinə görə, beynəlxalq təcrübə öyrənilərək təkmil vergi nəzarəti mexanizminin yaradılması üzərində iş aparılır. Qeyd edək ki, bu gün elektron ticarət klassik ticarətlə ciddi rəqabət aparır. Xarici ölkələrdə internetlə sifariş olunan mal 20-30 gün müddətində alıcıya çatdırılır və həmin məhsulun bəyənilmədiyi halda geri qaytarılması tam təmin edilir. Bizdə isə proses bu cür təkrarlansa da malın geri qaytarılmasında və ya dəyişdirilməsində bir çox problemlər yaranır. Halbuki, onlayn yolu ilə aldıqımız məhsulu 5 gün müddətində dəyişdirə və ya qaytara bilərik. Elektron ticarətdə narahatlıq doruran əsas məsələ onlayn əməliyyat zamanı məlumatların təhlükəsizliyinin təmin olunmamasıdır.

Qeyd edək ki, respublikamızda 2005-ci ildə "Elektron ticarət haqqında" qanun qəbul olunsa da elektron ticarətə ilkin olaraq 3 il sonra təsadüf olunub.

Mənbə: http://ucnoqta.az/?p=88626

Vergilər bölümünün son xəbərləri

2025-10-30 | Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır
2025-10-30 | Samirə Musayeva: Azərbaycan Aİ-yə ixrac edəcəyi məhsullara görə karbon vergisi ödəyəcək
2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!