Vergi rəsmisi: Qanunvericilikdəki son dəyişikliklər bəzi hallarda ictimaiyyətdə yanlış şərh edilib

2026-04-07 | Vergilər | 51

Azərbaycanda vergi qanunvericiliyinə edilmiş son dəyişikliklər bəzi hallarda ictimaiyyətdə yanlış şərh edilib.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Bakıda keçirilən "Vergi və Mühasibatlıq Zirvəsi" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, dəyişikliklərin əsas məqsədi vergi yükünün artırılması deyil, onun optimallaşdırılması və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasıdır: "Muzdlu gəlirlər üzrə tətbiq edilən yeni yanaşma daha yumşaq və mərhələli vergi rejiminin formalaşdırılmasına xidmət edir. Eyni zamanda kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb. Bu gəlirlər əvvəllər də vergiyə cəlb olunurdu və tətbiq edilən dərəcə 14 % idi. Yeni dəyişikliklərlə isə bu göstərici 10 %-ə endirilib. Məqsəd kirayə bazarında vergi yükünü azaltmaqla leqallaşmanı təşviq etməkdir".

N. İmanov vergi nəzarəti ilə bağlı üfüqi monitorinq mexanizminin də mahiyyətini izah edib: "Bu mexanizm yeni yoxlama forması deyil və könüllülük prinsipi əsasında tətbiq edilir. Üfüqi monitorinqə qoşulan vergi ödəyicilərinin riskləri sığortalanır və həmin dövr üzrə səyyar vergi yoxlaması aparılmır. Bu yanaşmalar vergi orqanları ilə biznes subyektləri arasında etimadın gücləndirilməsinə və şəffaflığın artırılmasına xidmət edir".

Mənbə: https://report.az/biznes-xeberleri/vergi-resmisi-qanunvericilikdeki-son-deyisiklikler-bezi-hallarda-ictimaiyyetde-yanlis-serh-edilib

Vergilər bölümünün son xəbərləri

2026-04-07 | Vergi rəsmisi: Qanunvericilikdəki son dəyişikliklər bəzi hallarda ictimaiyyətdə yanlış şərh edilib
2025-12-01 | Fərdi sahibkarlar üçün sosial sığorta ödənişləri optimallaşdırılacaq
2025-10-30 | Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır
2025-10-30 | Samirə Musayeva: Azərbaycan Aİ-yə ixrac edəcəyi məhsullara görə karbon vergisi ödəyəcək
2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2026.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!