Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları müəyyənləşib

2014-06-18 | Vergilər | 2860

Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil elektron imza vasitəsi ilə həyata keçiriləcək

"Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydala"rı təsdiq edib.

APA-nın məlumatına görə, Elektron informasiya sisteminə əmək müqaviləsi bildirişinin daxil edilməsi "Elektron hökumət" portalı vasitəsilə həyata keçiriləcək.

Əmək Məcəlləsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə daxil edilməlidir. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi "Elektron hökumət" portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiyavasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya "Elektron hökumət" portalında yerləşdirilmiş "Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi" xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçiriləcək. İşəgötürən xidmətə daxil olduqda, sistem tərəfindən onun təkmil sertifikatına əsasən soyadı, adı, atasının adı, gücləndirilmiş elektron imza (hüquqi şəxslərlə münasibətdə möhür vurmaq səlahiyyəti olan) kartının nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) müəyyən edilir. İşəgötürən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxiletmə səlahiyyətini etibar etdiyi şəxsin (şəxslərin) gücləndirilmiş elektron imza kartının nömrəsini, fərdi identifikasiya nömrəsini (FİN), səlahiyyətin etibar edilmə müddətini müəyyən edilmiş formada sistemə daxil edərək təsdiqləməlidir.

Bir şəxsə bir neçə işəgötürən tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi səlahiyyəti verildikdə, səlahiyyət verilən şəxsə sistem vasitəsilə müəyyən edilmiş siyahıda müvafiq işəgötürəni seçdikdən sonra əmək müqaviləsi bildirişinin qeydiyyatını aparmaq imkanı veriləcək. Bilavasitə işəgötürənin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən elektron informasiya sisteminə daxil edilən məlumatlar həqiqi və düzgün olmalıdır. Elektron informasiya sistemi vasitəsilə bu Qaydalarla müəyyən edilmiş əmək müqaviləsi bildirişlərinə və məlumat formalarına qeyri-müəyyən məlumatların daxil edilməsinə məhdudiyyətlər qoyulur və sistem tərəfindən məlumat qəbul edilmədikdə bununla bağlı dərhal müvafiq məlumat göstərilir. Elektron informasiya sistemində qeydiyyata alınmış məlumatların məlumat bazasında saxlanılması müddəti məhdudlaşdırılmır.

"Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"-ın təsdiq edilməsi haqqında (yüklə - MS Word - 74 KB)

Mənbə: http://www.apa.az

Vergilər bölümünün son xəbərləri

2024-12-16 | Azərbaycanda gələn il mədəniyyət sahəsi üçün vergi güzəştləri genişləndiriləcək
2024-12-11 | Azərbaycanda şirkətlərin qeydiyyat məlumatlarında dəyişikliklər elektron qaydada həyata keçiriləcək
2024-11-26 | Bir sıra mikro sahibkarların gəlirlərinin 75%-i 3 işçi tələbi olmadan vergidən azad edilir
2024-11-24 | Riskli vergi ödəyicisi siyahısına daxil edilmə və həmin siyahıdan çıxarılma qaydası müəyyənləşib
2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!