«Azərbaycanda vergi amnistiyası – TƏKLİF EDİLDİ – TÖVSİYƏLƏR

2019-02-18 | Vergilər | 3270

Azərbaycanda sahbkarlıq və vergi mühitinin daha da yaxşılaşdırmaq üçün ölkədə bir sıra əlavə tədbirlərə ehtiyac var. FED.az xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) prezidenti Nuran Kərimov bildirib. Tədbirdə tövsiyyələrn səsləndirən Nuran Kərimov bildirib ki,

(1) Vergi qanunvericiliyinə dəyişikliklərin qəbul edilməsi ilə onların tətiqi arasında vaxt azdır, bu vaxt artırılmalıdır: «Sahibkarlar vaxt tapmalıdırlar ki, bu dəyişikliyə hazırlansınlar».

(2) Azərbaycanda uçot haqqında çox danışılır və biz də gəlir və xərclərin uçotunun səlis aparılmasını istəyirik. Azərbaycanda fərqli fəaliyyət sahələri ilə bağlı uçot qaydaları var və onlara yenidən baxılmalıdır. Bu qaydalarda çoxsaylı bürokratik tələblər var, kağız formsında sənədlər tələb edilir və onları toplamaq sahibkarlar üçün vaxt itkisidir. Ona görə də təklif edirik ki, həmin sənədlər kağız formaları əvəzinə elektron formalarda hazırlansın.

(3) Azərbaycanda beynəlxalq mühasibat uçotu standartlarının tətbiqinə başlanmalıdır.

(4) İş adamları ilə təmaslar göstərir ki, şəffaflıqla bağlı təkliflərə baxmayaraq xüsusi vergi güzəştərinə və amnistiyaya müraciət etmək pis olmazdı. Dünya praktikası da göstərir ki, belə amnistiyanın böyük tövhəsi ola bilər: «Məsələn, qonşu Rusiyada artıq 3 ildir ki, amnistiya gedir, artıq orada 10 milyardlarla dollar aktivlər açıqlanıb və qeydiyyata düşüb. Ümid edirəm ki buna myvafiq orqanlar baxarlar».

(5) İş adamlarının daha bir istəyi vergi qanunvericiliyinə dəyişikliklərini proqnozlaşdırıla bilən olmasıdır: «İş adamları istəyir bilsinlər ki, vergi qanunvericiliyinin əsas istiqamətləri əvvəlcədən məlum olsun ki, bu da ölkənin investisiya cəlbediciliyinə daha böyük dəstək olardı».

Mənbə: http://www.fed.az/az/news/read/57561

Vergilər bölümünün son xəbərləri

2025-10-30 | Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır
2025-10-30 | Samirə Musayeva: Azərbaycan Aİ-yə ixrac edəcəyi məhsullara görə karbon vergisi ödəyəcək
2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!