Vergi cənnətlərində oyun qaydaları dəyişir

2019-01-15 | Vergilər | 2401

Avropa İttifaqında belə hesab edirlər ki, "vergi cənnətləri" dünya iqtisadiyyatına mənfi təsir göstərir və insanlar arasındakı sosial tarazlığı pozur. Ona görə də vergi rezidentlərinə qarşı tələblər sərtləşdirilməlidir.

FED.az xəbər verir ki, Avropa İttifaqının yeni qanunvericilik planı həyata keçəndən sonra xarici şirkətlərin nümayəndəlikləri vergidən yayınmaq məqsədilə hər hansı ofşor zonada asanlıqla qeydiyyata dura bilməyəcəklər.

Əvvəllər, məsələn, Yunanıstan Kiprində real ofisi və ya filialı olmasına ehtiyac duyulmayan istənilən şirkət hər il sabit məbləğ ödəyir və bu ölkənin sərhədlərindən uzaqda həyata keçirdiyi iqtisadi fəaliyyəti vergidən azad edilirdi.

Artıq Avropa İttifaqının təzyiqi ilə Kipr, Bermud, Men və Cersi adaları kimi ərazilər öz siyasətlərini dəyişməli olacaqlar. Bundan sonra rezidentin mövcudluğu faktiki şəkildə təsdiq edilməlidir.

Daha doğrusu, indiyədək firmaların xarici fəaliyyətləri ilə bağlı valyuta üzərində hər hansı nəzarətə yol verilmədiyi halda, bundan sonra valyuta əməliyyatlarına nəzarət olunacaq. Şirkətlərin qeydiyyata alındıqları ölkədə nümayəndəliklərinin olması isə məcburi tələbdir.

Bu tədbirlər, ilk növbədə, vergidən yayınan müəssisələrin fiziki mövcudluğuna təsir göstərəcək. Şirkətin ofşor zonanın ərazisindən idarə edilə bilməsi üçün həmin ölkədə filialının olması zəruridir. İndi bu məsələ ilə bağlı böyük problemlər yaranır. Qeydiyyat orqanları minlərlə icazəni möhürləyib təsdiqlədiklərinə görə, bir çox müəssisələrin real mövcudluğunun izlənilməsi xeyli çətindir.

Artıq çoxdandır ki, ciddi banklar xarici şirkətlərin ünvanının təsdiqlənməsini tələb edirlər. Şirkətlər öz ünvanları barədə informasiya verməyəndə isə maliyyə qurumları onlarla əməkdaşlıqdan imtina edirlər. Buna görə də yeni qanunvericilik təşəbbüsləri işləri asanlaşdıracaq.

Mənbə: http://www.fed.az/az/news/read/55077

Vergilər bölümünün son xəbərləri

2024-12-16 | Azərbaycanda gələn il mədəniyyət sahəsi üçün vergi güzəştləri genişləndiriləcək
2024-12-11 | Azərbaycanda şirkətlərin qeydiyyat məlumatlarında dəyişikliklər elektron qaydada həyata keçiriləcək
2024-11-26 | Bir sıra mikro sahibkarların gəlirlərinin 75%-i 3 işçi tələbi olmadan vergidən azad edilir
2024-11-24 | Riskli vergi ödəyicisi siyahısına daxil edilmə və həmin siyahıdan çıxarılma qaydası müəyyənləşib
2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!