Azərbaycanda 1,8 milyon manat vergini ödəməkdən yayındırmış direktor həbs edilib

2014-01-31 | Vergilər | 2753

Vergidən yayınan sahibkar barəsində cinayət işinin istintaqı tamamlanmışdır

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən araşdırılan çoxepizodlu cinayət işi zamanı sübuta yetirilmişdir ki, Beyləqan rayonunun Dünyamalılar kənd sakini Ağayev Nadir Camal oğlu 2009-2011-ci illər ərzində "Kvant-L", "Təsərrüfat-İnventar Topdansatış", "Kaspian", "Baykal-N", "İntellekt-2011", "Berkut-2012" və digər müəssisələrin direktoru vəzifəsində işləyərkən vergiləri dövlət büdcəsindən yayındırmışdır. N.Ağayev sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu halda rəhbərlik etdiyi müəssisələrin maliyyə təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini də öz üzərinə götürmüş, vergi orqanlarına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilərəkdən təhrif olunmuş məlumatları daxil etməklə, eləcə də bəyannamələr təqdim etməməklə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 16.1.6, 53,1, 72, 77.3, 78.1, 177.1.3 107-110-cu maddələrinin tələblərini pozaraq ümumilikdə külli miqdar təşkil edən 1 milyon 792 min 679 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır.

Bundan başqa, N.Ağayev xüsusi razılıq (lisenziya) almadan I və II məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin aparılması işləri ilə məşğul olaraq külli miqdar təşkil edən 150 min 913 manat məbləğində gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Beləliklə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2 -ci və 213.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir.

N.Ağayevin qeyd olunan cinayətləri törətməsi ibtidai araşdırma zamanı toplanmış təkzibolunmaz sübutlarla - ilkin mühasıbatlıq sənədləri, şahid ifadələri, tanınma protokolları, keçirilmiş baxışlar, ekspertiza rəyləri və digər istintaq dəlilləri ilə təsdiq olunmuşdur. 23 dekabr 2013-cü il tarixdə N.Ağayevin təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunmuş, lakin o, bir müddət istintaqdan qaçıb gizləndiyindən qərarı ona elan etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir.

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində N.Ağayev 15 yanvar 2014-cü il tarixdə tutularaq istintaqa təhvil verilmiş və elə həmin gün Bakı şəhəri Yasasmal rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmişdir. N.Ağayev dindirlərkən öz təqsirini boynuna almışdır.

Mənbə: http://www.marja.az

Vergilər bölümünün son xəbərləri

2024-12-16 | Azərbaycanda gələn il mədəniyyət sahəsi üçün vergi güzəştləri genişləndiriləcək
2024-12-11 | Azərbaycanda şirkətlərin qeydiyyat məlumatlarında dəyişikliklər elektron qaydada həyata keçiriləcək
2024-11-26 | Bir sıra mikro sahibkarların gəlirlərinin 75%-i 3 işçi tələbi olmadan vergidən azad edilir
2024-11-24 | Riskli vergi ödəyicisi siyahısına daxil edilmə və həmin siyahıdan çıxarılma qaydası müəyyənləşib
2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!