Mənfəət vergisinə dəyişikliklər açıqlandı - MÜHÜM YENİLİKLƏR

2018-11-12 | Vergilər | 3606

Azərbaycanda 2019-cu ildən Vergi Məcəlləsinə təklif olunan və Milli Məclis və Vergilər Nazirliyi tərəfindən gizli saxlanılan dəyişikliklərin bir hissəsi məlum olub. Bütün ölkə biznesinin maraqla gözlədiyi mənfəət vergisinə dəyişiklikləri vergi eksperti Vəli Əliyev açıqlayıb.

Budəfəki dəyişikliklərin bir hissəsi şirkət sahiblərinin və səhmdarların öz paylarını satdıqda ödəyəcəkləri vergiyə aiddir.

Məcəlləyə əlavə edilməsi təklif olunan 104.6 saylı yeni maddəyə əsasən, əgər səhmdar və ya təsisçi öz payını satarsa, satış qiyməti və səhmlərin nominal dəyəri arasındakı fərq vergiyə cəlb olunan mənfətə sayılır. Səhmlərin nominal qiymətindən aşağı və ya yuxarı qiymətə alınıb-satıldığ zamanı vergiyə cəlb olunan mənfəət fərqli qaydada hesablanacaq.

Maraqlı yeniliklərdən biri odur ki, müəssisənin mənfəətinin təhsilə, idmana, səhiyyəyə və mədəniyyətə ayrılan hissəsi 2019-cu ilin əvvəlindən etibarən 10 il müddətinə mənfəət vergisindən azad ediləcək. Bir şərtlə ki, müəssisə həmin sahələrə pulları nağdsız qaydada ödəsin.

Bundan başqa, səhmdar və ya təsisçi azı 3 il sahib olduğu səhmi və ya payı satdığı halda, əldə etdiyi gəlirlərin 50%-i vergidən azaddır.

Maraqlı yeniliklərdən biri ƏDV ödəyicisi olmayan hüquqi şəxslərin təsisçilərinə aiddir. Belə ki, dəyişikliyə əsasən, ƏDV ödəyicisi olmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan yerli müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.

Məcəlləyə edilən digər dəyişikliklər POS-terminalla ödənişlərə aiddir. Dəyişikliyə əsasən pos-terminalla edilən ödənişlər 3 illik müddətə vergidən 25% azad olunur.

Mənbə: http://marja.az/category/15

Vergilər bölümünün son xəbərləri

2024-12-16 | Azərbaycanda gələn il mədəniyyət sahəsi üçün vergi güzəştləri genişləndiriləcək
2024-12-11 | Azərbaycanda şirkətlərin qeydiyyat məlumatlarında dəyişikliklər elektron qaydada həyata keçiriləcək
2024-11-26 | Bir sıra mikro sahibkarların gəlirlərinin 75%-i 3 işçi tələbi olmadan vergidən azad edilir
2024-11-24 | Riskli vergi ödəyicisi siyahısına daxil edilmə və həmin siyahıdan çıxarılma qaydası müəyyənləşib
2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!