Hökumət tütün məmulatlarının idxalına aksiz dərəcələrini artırmağı planlaşdırır

2018-10-30 | Vergilər | 2603

Azərbaycan hökuməti 2019-cu ildə tütün məmulatlarının idxalına tətbiq edilən aksiz dərəcələrini artırmağı planlaşdırır.

2019-cu ilin büdcə materiallarına əsasən idxal olunan tütün məmulatlarına tətbiq edilən aksiz dərəcələri üzrə dövlət büdcəsinə daxilolmalar 248,658 mln. manat (2018-ci ildə 90 mln. manat) məbləğində nəzərdə tutulub, yəni daxilolmaların 2,7 dəfə artacağı proqnozlaşdırılır.

Cari ilin yanvar-avqust aylarında Azərbaycana gətirilən tütün məmulatlarına tətbiq edilən aksiz dərəcələri üzrə 70 mln. 651 min manat məbləğində vəsait daxil olub ki, bu da ötən ilin 8 ayının göstəricisindən 2,8 dəfə çoxdur.

Xəbər verildiyi kimi, hökumətin qərarı ilə 2018-ci ilin yanvar ayından ölkəyə gətirilən tütün məmulatlarına tətbiq edilən aksiz dərəcələri artırılıb. Xüsusilə 1000 ədəd siqarın idxalına 20 manat (əvvəllər 10 manat), 1000 ədəd siqaretin idxalına 12 manat (əvvəllər 4 manat) məbləğində aksiz dərəcəsi tətbiq olunub.

Mənbə: http://marja.az/news/32994?title=hokumet-tutun-memulatlarinin-idxalina-aksiz-derecelerini-artirmagi-planlasdirir

Vergilər bölümünün son xəbərləri

2025-10-30 | Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır
2025-10-30 | Samirə Musayeva: Azərbaycan Aİ-yə ixrac edəcəyi məhsullara görə karbon vergisi ödəyəcək
2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!