Vergilər Nazirliyi sahibkarların təkliflərinə 1 ay ərzində baxacaq

2018-04-03 | Vergilər | 2822

Azərbaycan sahibkarlarının Vergilər Nazirliyinə ünvanladığı təkliflərə 1 ay ərzində baxılacaq. Fins.az xəbər verir ki, bunu jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

O, vergi ödəyicilərinin təkliflərinin hansı məsələlərlə bağlı olduğunu da açıqlayıb: "Təkliflər əsasən

  • nağdsiz ödənişlər,
  • sənədlərin verilməsi,
  • vergi inzibatçılığı,
  • vergi qanunvericiliyi ilə bağlıdır.
Bu təkliflərin hər birinə diqqətlə yanaşılır və bundan sonra da yanaşılacaq. Bir ay ərzində biz bu təklifləri emal edəcəyik və təklifləri aidiyyatı üzrə müvafiq orqanlara öz rəylərini bildirmələri üçün təqdim edəcəyik. Razılaşdırmalardan sonra bu təkliflərə Milli Məclisdə büdcə zərfi ilə birgə baxılacaq", - deyə S.Ələkbərov vurğulayıb.

Mənbə: fins.az/biznes/942710/vergiler-nazirliyi-sahibkarlarin-tekliflerine-1-ay-erzinde-baxacaq.html

Vergilər bölümünün son xəbərləri

2025-10-30 | Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır
2025-10-30 | Samirə Musayeva: Azərbaycan Aİ-yə ixrac edəcəyi məhsullara görə karbon vergisi ödəyəcək
2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!