e-Qaimə-faktura: ümumi məlumat, istifadəçi təlimatı, lazımi proqramlar

2017-04-02 | Vergilər | 18883

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən 01.04.2017-ci il tarixdən etibarən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə qaimə-fakturalar elektron formada təqdim edilir. Elektron qaimə-fakturaları (e-Qaimə-faktura) vergi ödəyiciləri iki üsulla hazırlaya biləcəklər:

"Onlayn rejimdə" - vergi ödəyicisi, Asan İmza-dan istifadə etməklə İnternet Vergi İdarəsinin ( https://www.e-taxes.gov.az )"Onlayn kargüzarlıq və e-VHF" bölməsini seçib "e-Qaimə" altbölməsinə daxil olur və "onlayn" rejimdə elektron qaimə-fakturasını tərtib edərək, digər vergi ödəyicisinə təqdim edir.

"Oflayn rejimdə" - vergi ödəyicisi elektron qaimə-fakturasını tərtib etmək üçün hazırlanmış xüsusi proqram təminatını ("Elektron Faktura Tərtibatı Proqramını" – eFP versiya 1.1.3 ( https://www.e-taxes.gov.az/dispatcher ) və digər zəruri proqramları "İnternet Vergi İdarəsi"ndən ( https://www.e-taxes.gov.az ) öz kompüterinə yükləyir, tələb olunan qaimə-fakturaları bu proqram vasitəsilə internet istifadə etmədən hazırlayır və paketləyir. Sonra paket faylını "Asan Doc" proqramı vasitəsilə imzalayır. Sonda Asan İmza-dan istifadə etməklə İnternet Vergi İdarəsinin "Onlayn kargüzarlıq və e-VHF" bölməsini seçib "e-Qaimə” altbölməsinə daxil olur və imzalanmış "adoc" faylını müvafiq menyunu seçməklə sistemə yükləyir. Yükləmə zamanı sistem tərəfindən fakturalara avtomatik olaraq unikal seriya və nömrələr verilir və qarşı tərəfin elektron qutusuna göndərilir. Bundan sonra bütün digər əməliyyatlar "onlayn" rejimdə aparılır. Bu rejim əsasən iri vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur və çox sayda elektron qaimə-fakturaları təqdim edən vergi ödəyiciləri tərəfindən istifadə edilməsi tövsiyə olunur.

İSTİFADƏÇİ TƏLİMATI - http://www.taxes.gov.az/uploads/2017/EQF/EQF.pdf

LAZIMLI PROQRAMLAR - https://www.e-taxes.gov.az/dispatcher?menu=evhf&submenu=4&nav=evhf

Mənbə: http://taxes.gov.az/modul.php?name=pages&page=216

Vergilər bölümünün son xəbərləri

2024-12-16 | Azərbaycanda gələn il mədəniyyət sahəsi üçün vergi güzəştləri genişləndiriləcək
2024-12-11 | Azərbaycanda şirkətlərin qeydiyyat məlumatlarında dəyişikliklər elektron qaydada həyata keçiriləcək
2024-11-26 | Bir sıra mikro sahibkarların gəlirlərinin 75%-i 3 işçi tələbi olmadan vergidən azad edilir
2024-11-24 | Riskli vergi ödəyicisi siyahısına daxil edilmə və həmin siyahıdan çıxarılma qaydası müəyyənləşib
2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!