Nazir müavini: Gələn il kassa-nəzarət aparatları bütün ticarət şəbəkələrini əhatə edəcək

2020-01-17 | Vergilər | 4045

"Azərbaycanda nəzarət-kassa aparatlarının quraşdırılması prosesi mərhələli şəkildə davam etdiriləcək".

"APA-Economics"in məlumatına görə, bunu 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş konfransda çıxış edən Vergilər nazirinin müavini İlkin Vəliyev deyib.

Onun sözlərinə görə, nəzarət-kassa aparatlarının quraşdırılması prosesi mərhələli şəkildə davam etdiriləcək və 2021-ci ildə tam olaraq bütün ticarət şəbəkələrində nəzarət-kassa aparatlarının quraşdırılması tam başa çatacaq.

"Bu işlər Nazirlər Kabinetinin qərarı əsasında qrafik şəkildə təsdiq olunub və təxminən 4 mərhələdən ibarətdir. Artıq 1 və 2-ci mərhələlər 2019-cu ildə başa çatıb, 3-cü mərhələ 2020-ci ildə həyata keçiriləcək və 2021-ci ildə tam olaraq bütün ticarət şəbəkələrini əhatə edəcək", - deyə İ. Vəliyev qeyd edib.

Hüseyn Vəliyev

Mənbə: https://apa.az/az/maliyye_xeberleri/Nazir-muavini:-%22Gln-il-kassa-nzart-aparatlari-butun-ticart-sbklrini-hat-edck%22-567658

Vergilər bölümünün son xəbərləri

2025-10-30 | Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır
2025-10-30 | Samirə Musayeva: Azərbaycan Aİ-yə ixrac edəcəyi məhsullara görə karbon vergisi ödəyəcək
2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!