Yükdaşıma şirkətinin ƏDV öhdəliyi

2019-08-15 | Vergilər | 5648

Vergi Məcəlləsinin 13.2.33-cu maddəsinə əsasən, yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azəbaycan Respublikasında yerləşən göndərilmə məntəqəsilə digər dövlətdəki təyinat məntəqəsi arasındakı daşınması beynəlxalq daşıma adlanır. Məcəllənin 165.1.4-cu maddəsinə görə isə beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti, beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi xidməti ƏDV-yə "0" dərəcə ilə cəlb edilir.

"A" MMC beynəlxalq və daxili yükdaşıma fəaliyyəti ilə məşgul olur. "A" MMC ilə "B" MMC arasında bağlanmış müqavilə şərtlərinə əsasən, "A" MMC "B" MMC-yə məxsus yükün Rusiya Federasiyasında yerləşən məntəqədən Bakıda yerləşən məntəqəyə daşınmasını öz üzərinə götürüb. "A" MMC "B" MMC-yə məxsus yükün Rusiyada yerləşən məntəqədən Azərbaycan Respublikasındakı boşaldılma məntəqəsinə daşınmasını Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş hüquqi və fiziki şəxslərlə müqavilə bağlayaraq həyata keçirib. "A" MMC bağlanmış müqavilə şərtlərinə əsasən VÖEN-i olan huquqi və fiziki şəxslərlə yükün daşınmasını həyata keçirib və bu şəxslərə ödəniş edib. Bəs bu zaman "A" MMC daşınmadan əldə etdiyi gəlirdən ƏDV-ni hansı dərəcə ilə ödəməlidir?

Sualla bağlı Vergilər Nazirliyinin şərhində bildirilib ki, mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitəsi olmadan yüklərin beynəlxalq daşınmasını müqavilə əsasında daşıyıcılar vasitəsilə həyata keçirən şəxslər yükdaşıma xidmətlərinin göstərilməsi ilə əlaqədar vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda, bu xidmətlər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilir.

Bu fəaliyyətdən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Qeyd: Bu halda Vergi Məcəlləsinin 13.2.33-cü, 165.1.4-cü, 104-cü, 108-ci maddələri tətbiq edilir.

Mənbə: https://vergiler.az/news/taxes/3599.html

Vergilər bölümünün son xəbərləri

2025-10-30 | Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır
2025-10-30 | Samirə Musayeva: Azərbaycan Aİ-yə ixrac edəcəyi məhsullara görə karbon vergisi ödəyəcək
2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!