Minimum aylıq əməkhaqqının artırılmasının müəllimlərin maaşına təsiri

2019-06-20 | Kadr işi | 5184

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 18-də "Minimum aylıq əməkhaqqının artırılması haqqında" imzaladığı sərəncama əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları artıb:

  • Pedaqoji staj 3 ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) olmaqla 462 manat oldu (əvvəl 385 manat idi) - 77 manat artdı;
  • Pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) olmaqla 496 manat oldu (əvvəl 413 manat idi) - 83 manat artdı;
  • Pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) olmaqla 522 manat oldu (əvvəl 435 manat idi) - 87 manat artdı;
  • Pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) olmaqla 555 manat oldu (əvvəl 462 manat idi) - 93 manat artdı;
  • Pedaqoji staj 18 ildən çox olduqda bir stavka dərs yükü (18 saat) olmaqla 594 manat oldu (əvvəl 495 manat idi) - 99 manat artdı.

Eyni zamanda, elmi dərəcəsi olan və ixtisası üzrə fənn tədris edənlər, Azərbaycanın fəxri adlarına layiq görülənlər, ümumi təhsil müəssisələrində istifadə edilən dərslik və ya müəllimlər üçün metodiki vəsaitlərin müəlliflərinin maaşına 45 manat əlavə olunacaq.

Fəlsəfə doktorlarının əməkhaqqına 60, elmlər doktorlarının əməkhaqqına isə 100 manat əlavə olunur. "Əməkdar" fəxri adında 100 manat, "xalq" fəxri adında isə maaşa 150 manat əlavə nəzərdə tutulur.

Mənbə: https://vergiler.az/news/social/2613.html

Kadr işi bölümünün son xəbərləri

2025-10-10 | Məsafədən iş və saatlıq əməkhaqqına dair qanun layihələrinin hökumətə təqdim edilməsinə başlanıb
2025-10-10 | Azərbaycanda əməkhaqqı rejimi dəyişir
2025-10-09 | Kənd təsərrüfatında mövsümi çalışanlara gündəlik nağd ödənişin yuxarı həddi artırılır
2025-10-09 | Vətəndaşlar əmək müqavilələrini artıq “mygov” platformasında imzalaya biləcəklər
2024-12-17 | 2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2024-12-12 | İş icazəsi elektron qaydada tərtib edilməlidir.
2024-12-11 | 2025-ci ilin bayram günləri AÇIQLANDI
2024-11-19 | Əlilliyi olan şəxslərin əmək münasibətlərinin tənzimlənməsi
2023-12-26 | 2024-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2023-10-20 | Noyabrda 5 gün ardıcıl iş olmayacaq

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!