Vergilər Nazirliyi: Ticarət mərkəzlərində dövriyyənin şəffaflaşdırılması həyata keçirilir

2019-06-14 | İqtisadiyyat | 2456

“Bakının "Binə" və "Sədərək" ticarət mərkəzlərində işləyən sahibkarların vergidən yayınmasının qarşısını almaq üçün tədbirlər görülür”.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov bildirib.

Onun sözlərinə görə, bu obyektlərdə mallar sənədsiz satılıb ki, bu da dövriyyələrin şəffaflaşmasına ciddi əngəllər yaradıb.

"Prezident İlham Əliyev idxal-ixrac sahəsində şəffaflaşmasının təmin olunması ilə bağlı sərəncam imzalayıb. Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Maliyyə və İqtisadiyyat Nazirlikləri tərəfindən də müvafiq addımlar atılıb. Hazırda karqo şirkətləri sırf daşımaçılıqla məşğuldurlar. Ölkəyə idxal olunan mal və məhsullar faktiki sahibkarın adına rəsmiləşdirilir. Bu da ölkə boyu dəyər zəncirinin qorunmasında olan əngəllərin aradan qaldırılmasına imkan verir. Yəni mallar karqo şirkətləri tərəfindən idxal olunur. Onlar daşımaçılıqdan öz mənfəətini əldə edirlər. Həmin mallar faktiki sahibkarların öz adına rəsmiləşdirildiyinə görə, növbəti mərhələlərdə dövriyyələrin şəffaflaşması həyata keçirilir. 2019-cu ilin ilk 5 ayında həm dövriyyələrin şəffaflaşması, həm də elektron qaimələrlə rəsmiləşməsinin artırılması hesabına daxilolmalarda ciddi artımlar olub", - N. Şirinov qeyd edib.

Mənbə: https://report.az/biznes/vergiler-nazirliyi-ticaret-merkezlerinde-dovriyyenin-seffaflasdirilmasi-heyata-kecirilir/

İqtisadiyyat bölümünün son xəbərləri

2024-12-05 | İcarəyə verilən kiçik elektrik nəqliyyat vasitələrinə dair məlumatların siyahısı təsdiqlənib
2024-11-28 | Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi
2024-11-25 | Kartdan karta işləyən 150 sahibkara maliyyə sanksiyası tətbiq edilib
2024-11-24 | Dövlət Vergi Xidmətinin rəisi: Sahibkarların qanunsuz və uçotsuz fəaliyyətinin qarşısı alınacaq
2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!