2019-cu ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılır.

2018-10-19 | İqtisadiyyat | 2808

Azərbaycanda 2019-cu il üçün yaşayış minimumunun məbləği məlum olub.

Məlumata görə, bu barədə "2019-cu il üçün yaşayış minimumu haqqında" qanun layihəsində qeyd edilib.

Sənəddə göstərilib ki, 2019-cu ildə Azərbaycanda yaşayış minimumu 180 manat nəzərdə tutulub.

Xatırladaq ki, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat olub.

Azərbaycanda 2019-cu il üçün ehtiyac meyarının yuxarı həddi müəyyənləşib.

Məlumata görə, bu barədə "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsində qeyd edilib.

Sənəddə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 143 manat məbləğində müəyyən edilib.

Xatırladaq ki, "2018-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının yuxarı həddi 130 manat məbləğində müəyyən edilmişdi.

Qeyd edək ki, büdcə zərfinə daxil olan "2019-cu il dövlət büdcəsi haqqında", " 2019-cu il üçün yaşayış minimumu haqqında", "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında", "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında" qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Mənbə: http://marja.az/news/32464

İqtisadiyyat bölümünün son xəbərləri

2024-12-05 | İcarəyə verilən kiçik elektrik nəqliyyat vasitələrinə dair məlumatların siyahısı təsdiqlənib
2024-11-28 | Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi
2024-11-25 | Kartdan karta işləyən 150 sahibkara maliyyə sanksiyası tətbiq edilib
2024-11-24 | Dövlət Vergi Xidmətinin rəisi: Sahibkarların qanunsuz və uçotsuz fəaliyyətinin qarşısı alınacaq
2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!