İcbari tibbi sığorta haqqının ödəniş yolları - TƏKLİF

2018-09-26 | Kadr işi | 3086

Azərbaycanda icbari tibbi sığorta haqqının muzdlu işçilər üçün əməkhaqqından faiz tutulmaqla, digər vətəndaşlar üçün illik 120 manat olması təklif edilir.

FED.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta Agentliyinin departament rəhbəri Araz Nəsirov deyib.

Onun sözlərinə görə, Avropa ölkələrində icbari tibbi sığorta xidmətinin göstərilməsi üçün işəgötürən və işçilərdən 5 faizdən 15 faizədək icbari tibbi sığorta haqqı tutulur. Azərbaycanda isə ilkin mərhələdə bu vəsaitin 3 faizə (işçi və işəgötürən birlikdə) yaxın olması, bunun 1 faizinin işçinin, 2 faizinin isə işəgötürənin payına düşməsi təklif olunur.

Agentlik rəsmisi əlavə edib ki, vəsaitin 3 faizə yaxın olması səhiyyə xidmətlərinin yaxşılaşdırılmasına, tibb işçilərinin iş şəraitinin yaxşılaşdırılmasına, əmək haqlarının yüksəlməsinə imkan verər.

A.Nəsirov icbari tibbi sığorta haqqının təminat verilən tibbi xidmətlərdən yararlanmaq üçün vətəndaşların ödəməli olduğu pul məbləğinin olduğunu xatırladıb.

O qeyd edib ki, keyfiyyətli tibbi xidmətə əlçatanlığın təmin edilməsi, maliyyə axınlarının şəffaflaşdırılması əsas məqsədlərdəndir.

A.Nəsirov əlavə edib ki, hazırda icbari tibbi sığorta sisteminin maliyyələşdirilməsi dövlət tərəfindən həyata keçirilir.

Mənbə: http://www.fed.az/az/news/read/47815

Kadr işi bölümünün son xəbərləri

2025-10-10 | Məsafədən iş və saatlıq əməkhaqqına dair qanun layihələrinin hökumətə təqdim edilməsinə başlanıb
2025-10-10 | Azərbaycanda əməkhaqqı rejimi dəyişir
2025-10-09 | Kənd təsərrüfatında mövsümi çalışanlara gündəlik nağd ödənişin yuxarı həddi artırılır
2025-10-09 | Vətəndaşlar əmək müqavilələrini artıq “mygov” platformasında imzalaya biləcəklər
2024-12-17 | 2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2024-12-12 | İş icazəsi elektron qaydada tərtib edilməlidir.
2024-12-11 | 2025-ci ilin bayram günləri AÇIQLANDI
2024-11-19 | Əlilliyi olan şəxslərin əmək münasibətlərinin tənzimlənməsi
2023-12-26 | 2024-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2023-10-20 | Noyabrda 5 gün ardıcıl iş olmayacaq

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!