Xaricilərə iş icazəsinin verilməsi daha şəffaf olacaq

2018-06-05 | Kadr işi | 2799

"Azərbaycanda fəaliyyət göstərən və xarici işçi qüvvəsi üçün daha çox müraciət edən şirkətlərin və təşkilatların nümayəndələrdən ibarət Məşvərət Şurası yaradılır".

FED.az xəbər verir ki, bunu Azərbaycan-Avropa İttifaqı biznes forumunda Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, şuraya AmCham, Türk İş Adamları Konfederasiyasının, Azərbaycan-Alman Xarici Ticarət Palatası kimi təşkilatların, BP və SOCAR kimi iri neft şirkətlərinin nümayəndələri daxil olacaq.

V.Hüseynov bildirib ki, Məşvərət Şurası xaricilərə iş icazəsinin verilməsini daha şəffaf və rahat formada həyata keçirilməsini təmin edəcək: "Bütün bu məsələlər işçi qaydasında şurada müzakirə olunacaq".

O vurğulayıb ki, iş icazəsi alınması üçün sənədlərin verilməsindən yekun rəy alınmasına qədər bütün prosesləri elektron qaydada izləmək mümkün olacaq.

Dövlət Miqrasiya Xidmətinin rəisi Azərbaycanda xaricilərə verilən iş icazələri kvotalarına da toxunub. V.Hüseynov vurğulayıb ki, bu kvotaların müəyyən edilməsində sahibkarların aktiv iştirakı vacibdir.

Xidmət rəisi bildirib ki, rəhbərlik etdiyi qurum xaricilərin yaşayış yeri üzrə qeydiyyata düşməsını asanlaşdırmaq üçün həmçinin elektron tətbiq üzərində iş qurur.

Mənbə: http://fed.az/az/news/read/42581

Kadr işi bölümünün son xəbərləri

2025-10-10 | Məsafədən iş və saatlıq əməkhaqqına dair qanun layihələrinin hökumətə təqdim edilməsinə başlanıb
2025-10-10 | Azərbaycanda əməkhaqqı rejimi dəyişir
2025-10-09 | Kənd təsərrüfatında mövsümi çalışanlara gündəlik nağd ödənişin yuxarı həddi artırılır
2025-10-09 | Vətəndaşlar əmək müqavilələrini artıq “mygov” platformasında imzalaya biləcəklər
2024-12-17 | 2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2024-12-12 | İş icazəsi elektron qaydada tərtib edilməlidir.
2024-12-11 | 2025-ci ilin bayram günləri AÇIQLANDI
2024-11-19 | Əlilliyi olan şəxslərin əmək münasibətlərinin tənzimlənməsi
2023-12-26 | 2024-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2023-10-20 | Noyabrda 5 gün ardıcıl iş olmayacaq

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!