Əmək müqaviləsinə xitam verilən işçilərə yeni hüquqlar və ayrılacaq müavinətlər müəyyənləşdirilir
2017-05-13 | Kadr işi | 3521Azərbaycanda əmək müqaviləsinə xitam verilən işçilərin sonrakı təminatı ilə bağlı yeni qaydalar hazırlanıb. APA-nın məlumatına görə, bununla bağlı Əmək Məcəlləsinin 77-ci (Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları) maddəsinə dəyişikliklər layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.
Layihəyə görə, qeyd olunan maddənin 1-ci bəndində deyilir ki, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə əmək müqavilələrinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdarlıq edilməlidir:
- 1 ilədək əmək stajı olduqda - azı 2 təqvim həftəsi;
- 1 ildən 5 ilədək əmək stajı olduqda - azı 4 təqvim həftəsi;
- 5 ildən 10 ilədək əmək stajı olduqda - azı 6 təqvim həftəsi;
- 10 ildən çox əmək stajı olduqda - azı 9 təqvim həftəsi.
Maddənin 3-cü bəndinin yeni təklif olunan variantına görə isə, əmək müqaviləsi bu məcəllənin 70-ci maddəsinin "a" və "b" bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:
- 1 ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqı miqdarında;
- 1 ildən 5 ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
- 10 ildən çox əmək stajı olduqda - orta aylıq əmək haqqının azı 2 misli miqdarında.
- işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta aylıq əməkhaqqı ödənilir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Kadr işi bölümünün son xəbərləri |