Transfer qiymətinə dair qaydalar təsdiq edildi
2017-03-29 | Vergilər | 3063Vergilər Nazirliyi 27 yanvar 2017-ci il tarixində keçirilmiş kollegiyasında "Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydalarını" ("Qaydalar") təsdiq edib. Qaydalar 8 fevral 2017-ci il tarixindən qüvvəyə minmişdir.
Transfer qiymətinin tətbiq edilməsinin əsas məqsədi vergi ödəyicisi tərəfindən nəzarət olunan əməliyyatlar çərçivəsində təqdim edilən və ya alınan malların (işlərin, xidmətlərin) qiymətlərinin müqayisə edilən nəzarət olunmayan əməliyyatlar üzrə qiymətlərə uyğun olmadığı halda, həmin əməliyyatdan verginin vergi ödəyicisi və vergi orqanı tərəfindən transfer qiymətləri əsas götürülməklə yenidən hesablanmasıdır. Transfer qiyməti ümumi dəyəri 500,000 manatdan artıq olan əməliyyatlara münasibətdə tətbiq edilir.
Qaydalara əsasən nəzarət olunan əməliyyatlara aşağıda qeyd olunan tərəflər arasında aparılan əməliyyatlar aiddir:
- Azərbaycan Respublikasının rezidenti ilə onunla qarşılıqlı surətdə asılı olan qeyri-rezident arasında;
- qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə həmin qeyri-rezidentin özü və ya onun başqa dövlətlərdə yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi arasında;
- Azərbaycan Respublikasının rezidenti və (və ya) qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlər arasında.
Transfer qiymətinin müəyyən olunması məqsədilə müqayisə edilən əməliyyatlar seçilərkən:
- nəzarət olunan əməliyyatla müqayisə edilən nəzarət olunmayan əməliyyatların seçilməsi müqayisəli təhlil əsasında aparılır;
- müqayisə edilən nəzarət olunmayan əməliyyat qismində həm nəzarət olunan əməliyyatın tərəfi olan şəxsin özünün müstəqil şəxslərlə apardığı oxşar əməliyyatlar, həm də müstəqil şəxslər arasında aparılan oxşar əməliyyatlar istifadə edilə bilər.
- malların (işlərin, xidmətlərin) növü, mənşə ölkəsi, keyfiyyəti və digər istehlak göstəriciləri və s.;
- müqavilə şərtləri, o cümlədən təqdim edilən malların miqdarı, işlərin, xidmətlərin həcmi, müqavilə üzrə öhdəliklərin icra olunması müddətləri, çatdırılma şərtləri, ödəniş şərtləri;
- əməliyyatın tərəfləri olan şəxslərin hər birinin əməliyyatla bağlı həyata keçirdikləri funksiyalar və daşıdığı risklər;
- vergi ödəyicisinin əməliyyat zamanı istifadə etdiyi mülkiyyətində olan və ya cəlb edilmiş maddi və qeyri-maddi aktivlər və hüquqlar;
- əməliyyatın tərəfləri olan şəxslərin fəaliyyət göstərdikləri iqtisadi şərait, o cümlədən, bazarların coğrafi yerləşməsi, bazarda eynicinsli və ya oxşar malların (işlərin, xidmətlərin) mövcudluğu;
- marketinq siyasətinin aparılması ilə əlaqədar olaraq yeni malların (işlərin, xidmətlərin) bazara çıxarılması, mövcud malların (işlərin, xidmətlərin) yeni bazarlara çıxarılması, mövcud mal növlərinin təkmilləşdirilmiş versiyalarının bazara çıxarılması və digər bu kimi hallar.
Transfer qiymətləndirmənin müəyyən edilməsində aşağıdakı üsullar tətbiq ediləcəkdir:
- Qiymətlərin müqayisəsi üsulu;
- Sonrakı satış qiyməti üsulu;
- Dəyərin toplanması üsulu;
- Rentabellik üsulu;
- Mənfəətin bölgüsü üsulu.
Qaydalarda nəzarət olunan hər bir şəxs üzrə illik ümumi dəyəri 500,000 manatdan çox olan əməliyyatlar üçün transfer qiymətləndirmənin sənədləşməsinə dair tələb nəzərdə tutulmuşdur. Hesabat ilindən sonrakı mart ayının 31-nədək nəzarət olunan əməliyyatlar barədə arayış ("Arayış") vergi orqanına təqdim edilməlidir. Qeyd olunan tələbi yerinə yetirməyən vergi ödəyicilərinə 500 manat miqdarında maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmuşdur.
Xüsusilə qeyd etmək lazımdır ki, müəyyən edilmiş həddən artıq olmaması səbəbindən Arayışın təqdim edilməməsi, vergi ödəyicisini ümumi dəyəri 500,000 manatdan az olan digər nəzarət olunan əməliyyatlara münasibətdə transfer qiymətin müəyyən edilməsinə dair qaydalara əməl etmək öhdəliyindən azad etmir.
Müqayisə edilə bilən əməliyyatların tapılması üçün aşağıdakı məlumat bazalarından istifadə edilə bilər:
- yerli və beynəlxalq birja kotirovkaları;
- gömrük orqanlarının xarici ticarət statistikası;
- mənbəyi bəlli olan məlumat mənbələrində yerləşdirilmiş hesabat məlumatları;
- vergi orqanının qoşulduğu ixtisaslaşmış agentliklərin məlumat bazaları və s.
Qaydalarda o cümlədən, transfer qiymətinin müəyyənləşdirilməsində vergi ödəyicisi və vergi orqanları arasında yarana biləcək mübahisələrin həlli prosedurları, ikiqat vergitutmanın aradan qaldırılması dair müddəalar öz əksini tapmışdır.
Mənbə: http://deloitte.az

Vergilər bölümünün son xəbərləri |