Səlim Müslümov: Yaxın zamanda muzdlu işçisi olmayan fiziki şəxslər sosial sığorta üzrə hesabat verməyəcək

2017-01-25 | Kadr işi | 3753

Muzdlu işçisi olmayan fiziki şəxslərin hesabat verməkdən azad olunmasının mövcud qanunvericilikdə öz əksini tapması üçün hazırda sosial sığorta haqqında qanuna dəyişikliklər hazırlanır.

"APA-Economics" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında bildirib.

"Biz bu məsələdə ona görə gecikdik ki, əsas diqqətimizi fərdi uçot üzrə olan hesabatla sosial sığorta üzrə olan hesabatın birləşdirilməsi məsələsinə yönəltdik. Bu proses baş verdi və bu il artıq 2016-cı il üçün hesabatlar birləşdirilmiş qaydada, vahid hesabatla elektron şəkildə təqdim olunacaq. Bundan sonra biz növbəti addım kimi həmin fiziki şəxslərin hesabat vermək öhdəliyini ortadan qaldıracağıq. Hazırda bunun üzərinə iş gedir və mən belə düşünürəm ki yaxın zamanlarda biz bu prosesə son qoyacağıq", - deyə nazir qeyd edib.

Mənbə: http://apa.az

Kadr işi bölümünün son xəbərləri

2025-10-10 | Məsafədən iş və saatlıq əməkhaqqına dair qanun layihələrinin hökumətə təqdim edilməsinə başlanıb
2025-10-10 | Azərbaycanda əməkhaqqı rejimi dəyişir
2025-10-09 | Kənd təsərrüfatında mövsümi çalışanlara gündəlik nağd ödənişin yuxarı həddi artırılır
2025-10-09 | Vətəndaşlar əmək müqavilələrini artıq “mygov” platformasında imzalaya biləcəklər
2024-12-17 | 2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2024-12-12 | İş icazəsi elektron qaydada tərtib edilməlidir.
2024-12-11 | 2025-ci ilin bayram günləri AÇIQLANDI
2024-11-19 | Əlilliyi olan şəxslərin əmək münasibətlərinin tənzimlənməsi
2023-12-26 | 2024-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2023-10-20 | Noyabrda 5 gün ardıcıl iş olmayacaq

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!