Uşaqlarını təkbaşına böyüdən valideynlərə şad xəbər

2016-05-27 | Kadr işi | 4210

3 yaşınadək uşaqlarını təkbaşına böyüdən valideynlər üçün iş saatı azaldıldı.

Bununla bağlı Əmək Məcəlləsinə dəyişik edildi.

Qüvvədə olan Əmək Məcəlləsinə görə, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 18 yaşadək işçilər, 1-ci, 2-ci qrup əlil işçilər, hamilə və yaşyarımadək uşağı olan qadınlar üçünsə 36 saatdan artıq olmamalıdır. Edilən dəyişikliyə əsasən, ölkədə qısaldılmış iş vaxtı 3 yaşadək uşaqlarını təkbaşına böyüdən valideynlərə də şamil ediləcək. Mütəxəssislər də qanun layihəsinə ediləcək dəyişikliyin valideyn-övlad münasibətlərinin inkişafına kömək edəcəyi fikrindədirlər.

Layihə plenar iclasda müzakirəyə çıxarıldı. Millət vəkili Fazil Mustafa yaş həddinin 3-dən 5-ə qaldırılmasını təklif etdi. Milli Məclisin sədr müavini Ziyafət Əsgərov isə təkliflə razılaşmadı. Və yeniliyin 3 yaşadək uşağını tək böyüdən valideynlərə şamil ediləcəyini bildirdi. Müzakirələrdən sonra Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqda qanun layihəsi qəbul olundu.

Mənbə:

Kadr işi bölümünün son xəbərləri

2025-10-10 | Məsafədən iş və saatlıq əməkhaqqına dair qanun layihələrinin hökumətə təqdim edilməsinə başlanıb
2025-10-10 | Azərbaycanda əməkhaqqı rejimi dəyişir
2025-10-09 | Kənd təsərrüfatında mövsümi çalışanlara gündəlik nağd ödənişin yuxarı həddi artırılır
2025-10-09 | Vətəndaşlar əmək müqavilələrini artıq “mygov” platformasında imzalaya biləcəklər
2024-12-17 | 2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2024-12-12 | İş icazəsi elektron qaydada tərtib edilməlidir.
2024-12-11 | 2025-ci ilin bayram günləri AÇIQLANDI
2024-11-19 | Əlilliyi olan şəxslərin əmək münasibətlərinin tənzimlənməsi
2023-12-26 | 2024-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2023-10-20 | Noyabrda 5 gün ardıcıl iş olmayacaq

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!