Vergi ödəyicilərinin ezamiyyə xərcinin artırılmasından istifadə etmələri

2020-06-22 | Kadr işi | 4818

Vergi Məcəlləsinə 1 yanvar 2020-ci il tarixdən əlavə edilmiş 13.2.82-ci maddə ilə qanunvericiliyə riskli vergi ödəyicisi anlayışı gətirilib.

Həmin maddədə qeyd olunub ki, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir.

Təcrübədə rast gəlinən risk faktorlarından biri də vergi ödəyiciləri tərəfindən işçilər üzrə ezamiyyə xərclərinin əvvəlki dövrlərlə müqayisədə artırılması yolu ilə əməkhaqqı fondu üzrə öhdəliklərdən yayınma halıdır.

İqtisadçı ekspert Anar Bayramov bildirib ki, Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş "Ezamiyyə xərclərinin normaları haqqında" nəzərdə tutulan norma daxilində ödənilən məbləğ gəlir vergisi, sosial sığorta və işsizlikdən sığorta məbləğinə cəlb edilmir. Vergidən yayınmağa meyilli vergi ödəyiciləri bu şərtdən sui-istifadə etməyə çalışırlar.

Misal.

Tutaq ki, vergi ödəyicisi satış meneceri vəzifəsində çalışan işçiyə 300 manat əməkhaqqı ödəyir. İşçiyə yanvar ayında 180 manat ezamiyyə hesablansa da, fevral ayında bu məbləğ 900 manat olub. Ezamiyyə xərcinin əvvəlki dövrlərə nisbətən kəskin şəkildə yüksək olması vergi orqanında risk üçün əsaslı şübhə yaradacaq.

Qeyd edək ki, vahid bəyannaməyə qədər "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi" bəyannaməsində vergi ödəyicisi üzrə ezamiyyə xərclərinin məbləği qeyd olunurdu. 1 aprel 2020-cidən tətbiq edilən vahid bəyannamədə işçilər üzrə ezamiyyə xərcinin qeyd olunması nəzərdə tutulmayıb. O səbəbdən bu cür risklərin kameral vergi yoxlaması zamanı müəyyən edilməsi mümkün olmayacaq. Vergi orqanı səyyar vergi yoxlamaları zamanı vergi ödəyicisinin ezamiyyə xərcləri ilə bağlı fəaliyyətini yoxlaya bilər.

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/9159.html

Kadr işi bölümünün son xəbərləri

2025-10-10 | Məsafədən iş və saatlıq əməkhaqqına dair qanun layihələrinin hökumətə təqdim edilməsinə başlanıb
2025-10-10 | Azərbaycanda əməkhaqqı rejimi dəyişir
2025-10-09 | Kənd təsərrüfatında mövsümi çalışanlara gündəlik nağd ödənişin yuxarı həddi artırılır
2025-10-09 | Vətəndaşlar əmək müqavilələrini artıq “mygov” platformasında imzalaya biləcəklər
2024-12-17 | 2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2024-12-12 | İş icazəsi elektron qaydada tərtib edilməlidir.
2024-12-11 | 2025-ci ilin bayram günləri AÇIQLANDI
2024-11-19 | Əlilliyi olan şəxslərin əmək münasibətlərinin tənzimlənməsi
2023-12-26 | 2024-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2023-10-20 | Noyabrda 5 gün ardıcıl iş olmayacaq

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!