İşin daimi olduğu əvvəlcədən məlum olduqda əmək müqaviləsinin müddətli bağlanması halları aradan qaldırılacaq

2020-06-18 | Kadr işi | 4188

Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni qanun layihəsində Məcəllənin 47-ci maddəsinin təkmilləşdirilməsi də təklif edilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, mövcud qanunvericiliyə əsasən işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, Məcəllənin 47-ci maddəsində müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddətsiz bağlanmalıdır. Lakin təcrübə göstərir ki, bir sıra hallarda Məcəllənin 47-ci maddəsinin f bəndi (həmin bəndə görə, işəgötürən və işçinin qarşılıqlı razılığı ilə də əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər) işəgötürənlər tərəfindən sui-istifadə hallarına şərait yaradır.

Nəticədə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda işçilərlə müddətli əmək müqavilələrinin bağlanması faktlarına rast gəlinir.

Ona görə də yeni qanun layihəsində işin, xidmətlərin daimi olduğu əvvəlcədən məlum olduğu hallarda işçi ilə əmək müqaviləsinin müddətli bağlanmasına şərait yaradan halların aradan qaldırılması nəzərdə tutulub. Bu məqsədlə Əmək Məcəlləsinin müvafiq maddələrində əlavə və dəyişikliklər ediləcək.

Mənbə: https://vergiler.az/news/economy/9085.html

Kadr işi bölümünün son xəbərləri

2025-10-10 | Məsafədən iş və saatlıq əməkhaqqına dair qanun layihələrinin hökumətə təqdim edilməsinə başlanıb
2025-10-10 | Azərbaycanda əməkhaqqı rejimi dəyişir
2025-10-09 | Kənd təsərrüfatında mövsümi çalışanlara gündəlik nağd ödənişin yuxarı həddi artırılır
2025-10-09 | Vətəndaşlar əmək müqavilələrini artıq “mygov” platformasında imzalaya biləcəklər
2024-12-17 | 2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2024-12-12 | İş icazəsi elektron qaydada tərtib edilməlidir.
2024-12-11 | 2025-ci ilin bayram günləri AÇIQLANDI
2024-11-19 | Əlilliyi olan şəxslərin əmək münasibətlərinin tənzimlənməsi
2023-12-26 | 2024-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2023-10-20 | Noyabrda 5 gün ardıcıl iş olmayacaq

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!