Binə və Sədərək üçün möhlət olmayacaq – KASSA-NƏZARƏT APARATLARI TAM ŞƏKİLDƏ QURAŞDIRILACAQ

2020-01-17 | İqtisadiyyat | 2676

“Binə” və “Sədərək”də sahibkarların kassa aparatları tam təmin ediləcəkləri vaxt açıqlanıb. FED.az xəbər verir ki, ötən gün İqtisadiyyat Nazirliyin keçirdiyi tədbirdə Vergilər Nazirinin müavini İlkin Vəliyev bildirib ki, 2021-ci ilin sonunadək bütün ticarət mərkəzlərində, o cümlədən Bakıdakı “Binə” və “Sədərək” ticarət mərkələrində də kassa-nəzarət aparatlarının quraşdırılacağını bildirib.

“Binə” və “Sədərək” ticarət mərkəzlərində əlavə bir rejim mövcud deyil. Həmin ticarət mərkəzlərində çalışanlar da pərakəndə ticarət qaydalarına uyğun olaraq əldə etdiyi gəlirlərdən vergiyə cəlb olunmalıdırlar. Tək bu ticarət mərkəzləri deyil bütün yarmarka və bazarlara nəzarət kassa aparatının quraşdırlması mərhələli şəkildə davam etdiriləcədkdir. 2021-ci ildə bütün ticarət şəbəkələrində o cümlədən yarmarkalarda da nəzarət kassa aparatlarının quraşdşrılması tam başa çatacaqdır. Nazirlər Kabinetinin təsdiq etdiyi qrafik üzrə kassa-nəzarət aparatlarının quraşdırılması 4 mərhələdə aparılır. Artıq 1-ci və 2-ci mərhələ 2019-cu ildə başa çatmışdır. 2020-ci ildə 3-cü mərhələ və 2021-ci ildə isə tam olaraq bütün ticarət şəbəkələri nəzarət kassa aparataları ilə təmin ediləcəkdir. Həmin kassa nəzarət aparatlarından keçən dövriyyəyə uyğun olaraq da vergi veriləcəkdir”-deyə İlkin Vəliyev bildirib.

Mənbə: https://www.fed.az/az/vergiler/bine-ve-sederek-ucun-mohlet-olmayacaq-kassa-nezaret-aparatlari-tam-sekilde-qurasdirilacaq-71620

İqtisadiyyat bölümünün son xəbərləri

2024-12-05 | İcarəyə verilən kiçik elektrik nəqliyyat vasitələrinə dair məlumatların siyahısı təsdiqlənib
2024-11-28 | Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi
2024-11-25 | Kartdan karta işləyən 150 sahibkara maliyyə sanksiyası tətbiq edilib
2024-11-24 | Dövlət Vergi Xidmətinin rəisi: Sahibkarların qanunsuz və uçotsuz fəaliyyətinin qarşısı alınacaq
2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!