Yeni ƏDV inzibatçılığı ölkə iqtisadiyyatına müsbət təsirlər göstərəcək

2019-11-30 | İqtisadiyyat | 2589

Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər ictimaiyyət arasında böyük maraq doğurub. İqtisadçı Qulu İbrahimli bildirib ki, bu yeniliklər vergi ödəyicilərinin stimullaşdırılmasını, sahibkarlığın, investisiya fəaliyyətinin təşviq olunmasını, "kölgə iqtisadiyyatı"nın azaldılmasını, vergi ödəyicilərinin məsuliyyətinin artırılmasını əks etdirir. Bəzi vergi ödəyiciləri var ki, intizamsızdırlar, vergi öhdəliklərini vaxtında yerinə yetirmirlər – bax bu cür şəxslərə qarşı daha sərt tədbirlər nəzərdə tutulur: "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaqdan çıxarılıb vahid vergi rejimində (əlavə dəyər vergisi (ƏDV) və mənfəət vergisi metodu) fəaliyyət göstərməsi ona görə müsbət haldır ki, fərqli yanaşmanı, ayrıseçkiliyi aradan qaldırır. Əvvəl seçim verilirdi, bina tikintisi ilə məşğul olan şəxslər ya sadələşdirilmiş vergi ödəyicisi, ya da ƏDV ödəyicisi olmalıydı. Bu müəyyən məqamlarda ayrıseçkilik yaradırdı, eyni zamanda iqtisadiyyatın bütün dəyər zəncirində vergilərin hesablanmasından tutumuş uçotun, statistikanın təmin olunmasına kimi problemlər yaradırdı. Sadələşdirilmiş vergi tikinti sektorunda qeyri-rəsmi, sənədsiz mal hərəkətlərini stimullaşdırırdı, çünki xərclərin uçotunda dəqiqliyə fikir verilmirdi. Bina tikintisi fəaliyyəti ilə məşğul olanların vahid vergi rejimində fəaliyyət göstərməsi dəyər zəncirinin bütün mərhələlərində sağlam vergitutma münasibətlərinin yaranması ilə nəticələnəcək, bu, eyni zamanda, "kölgə iqtisadiyyatı"nın aradan qaldırılmasına imkan verəcək".

Tikinti şirkətləri tərəfindən dövlətin xeyrinə təhvil verilən mənzillərin vergidən azad olunması vergi ödəyicilərinin xeyrinə olan addımdır.

Qulu İbrahimli bildirib ki, Vergi Məcəlləsinə bu il təklif olunan dəyişiklikləri əhəmiyyətinə görə sıralasaq, ilk növbədə əlavə dəyər vergisinin inzibatçılığı ilə bağlı dəyişikliyi qeyd edərdim. Çünki indiyə kimi ƏDV hesablama əsasında olurdu, vergi ödəyicisi mal, iş, xidmət təklif edərkən onun ödənişinin gəlib-gəlməməsindən asılı olmayaraq dövlət büdcəsinə ƏDV-ni hesablayırdı: "Təklif olunan dəyişikliklərdə isə, yalnız satılmış malın, işin, xidmətin dəyərinin ödənilən hissəsindən ƏDV-nin dövlət büdcəsinə hesablanıb bəyan olunması nəzərdə tutulur. Bu dəyişiklik ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin də artırılmasına müsbət təsir göstərəcək. Çünki indiyədək idxal zamanı gömrükdə ödənilən ƏDV əvəzləşdirilirdi, sahibkar əsas məbləğdə xaricə borclu qala bilirdi. Bu zaman məhsulu yerli istehsaldan almaqdansa, idxal etmək daha sərfəli olurdu. Daxildən alanda ƏDV-nin ödənilməsi ilə yanaşı, əsas məbləğ də ödənilməliydi. Bu zaman likvidliyin təmin olunmasında yaranan problemlər sahibkarları idxala yönəldirdi. Apardığımız təhlillər onu göstərir ki, yeni ƏDV inzibatçılığı ölkə iqtisadiyyatına müsbət təsirlər göstərəcək, sahibkarların işini xeyli asanlaşdıracaq".

Səbuhi TURAN

Mənbə: https://vergiler.az/news/taxes/5854.html

İqtisadiyyat bölümünün son xəbərləri

2024-12-05 | İcarəyə verilən kiçik elektrik nəqliyyat vasitələrinə dair məlumatların siyahısı təsdiqlənib
2024-11-28 | Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi
2024-11-25 | Kartdan karta işləyən 150 sahibkara maliyyə sanksiyası tətbiq edilib
2024-11-24 | Dövlət Vergi Xidmətinin rəisi: Sahibkarların qanunsuz və uçotsuz fəaliyyətinin qarşısı alınacaq
2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları

LAYİHƏ HAQQINDA

MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

Müəllif haqqında

MÜƏLLİFLƏRƏ:

Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı

ƏLAQƏ

Bakı, AZ 1004 Mikayıl Müşfiq küç. 2H.

(994)702011258

admin@muhasib.az

Məxfilik strateqiyası

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!