İşçi güzəşt hüququnu təsdiq edən sənədləri gec təqdim edərsə, güzəşt əvvəlki dövrə tətbiq olunurmu?

2019-11-01 | Kadr işi | 3992

İqtisadçı ekspert Anar Bayramov bu sualı şərh edərkən bildirib ki, maraqlı məsələlərdən biri də güzəşt hüququnun qüvvəyə minmə vaxtı ilə bağlıdır. Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır.

Misal 1.

Tutaq ki, dövlət müəssisəsində əsas iş yeri kimi çalışan, müharibə veteranı olan işçi 1 yanvar 2019-cu il tarixdə işə qəbul olunmasına baxmayaraq, tələb olunan sənədləri aprel ayında təqdim edib. Bu zaman təşkilatın mühasibatı işçinin gəlir vergisi üzrə güzəşt hüququnu yanvar yox, aprel ayından etibarən tətbiq edəcək.

Misal 2.

Neft-qaz şirkətində əsas iş yeri olaraq çalışan işçi 1 yanvar 2019-cu il tarixdə işə qəbul olunan zaman məcburi köçkün olması haqqında sənədi təqdim edib. 2019-cu ilin may ayında müəyyən olunub ki, mühasibat işçiyə gəlir vergisi üzrə güzəşt hüququ tətbiq etməyib. Bu zaman mühasibat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə dəqiqləşdirilmiş hesabat təqdim etməli və yaranan fərqi növbəti ödəniş zamanı işçiyə ödəməlidir.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/5237.html

Kadr işi bölümünün son xəbərləri

2025-10-10 | Məsafədən iş və saatlıq əməkhaqqına dair qanun layihələrinin hökumətə təqdim edilməsinə başlanıb
2025-10-10 | Azərbaycanda əməkhaqqı rejimi dəyişir
2025-10-09 | Kənd təsərrüfatında mövsümi çalışanlara gündəlik nağd ödənişin yuxarı həddi artırılır
2025-10-09 | Vətəndaşlar əmək müqavilələrini artıq “mygov” platformasında imzalaya biləcəklər
2024-12-17 | 2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2024-12-12 | İş icazəsi elektron qaydada tərtib edilməlidir.
2024-12-11 | 2025-ci ilin bayram günləri AÇIQLANDI
2024-11-19 | Əlilliyi olan şəxslərin əmək münasibətlərinin tənzimlənməsi
2023-12-26 | 2024-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2023-10-20 | Noyabrda 5 gün ardıcıl iş olmayacaq

LAYİHƏ HAQQINDA

MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

Müəllif haqqında

MÜƏLLİFLƏRƏ:

Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı

ƏLAQƏ

AZ1069, Ataturk ave. 23/25, Baku, Azerbaijan.

(994)702011258

admin@muhasib.az

Məxfilik strateqiyası

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!