Nazirlik işsizlər üçün sistem yaradır: Elektron müraciət mümkün olacaq

2019-09-18 | Kadr işi | 3907

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemi nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin aktiv məşğulluq layihələrinə elektron qaydada müraciət imkanı yaradacaq.

Fins.az-ın nazirliyə istinadən xəbər verir ki, vakansiyaları, işsiz və işaxtaranlara dair real mənzərəni əks etdirən və daim yenilənən məlumat bazasına malik olan altsistem vasitəsilə məşğulluq xidmətlərinə real vaxt rejimində çıxış və onlardan istifadə mümkün olacaq.

Vətəndaşlar e-sosial və ya e-gov.az portalı vasitəsilə “Məşğulluq” altsisteminə daxil olacaq, burada özlərinə şəxsi kabinet yarada biləcəklər. Daha sonra isə bu altsistemdə işaxtaran kimi qeydiyyatdan keçə, vakansiya siyahısı ilə tanış ola, həm də aktiv məşğulluq layihələri (peşə hazırlığı kursları, özünüməşğulluq proqramı, peşəyönümü məsləhət tədbirləri, əmək yarmarkaları, “Karyerada ilk addım” tədbirləri) üçün müraciət etmək imkanı qazanacaqlar.

Qeyd edək ki, “Məşğulluq” altsistemində özünüməşğulluq proqramı iştirakçılarının hər birinin ayrıca kabineti də olacaq. İştirakçıya dair kabinetdə onun özünüməşğulluq proqramına dair bütün məlumatları yer alacaq və həmin məlumatların ictimai açıqlığı təmin ediləcək.

Mənbə: http://fins.az/sosium/989719/nazirlik-issizler-uchun-sistem-yaradir-elektron-muraciet-mumkun-olacaq.html

Kadr işi bölümünün son xəbərləri

2025-10-10 | Məsafədən iş və saatlıq əməkhaqqına dair qanun layihələrinin hökumətə təqdim edilməsinə başlanıb
2025-10-10 | Azərbaycanda əməkhaqqı rejimi dəyişir
2025-10-09 | Kənd təsərrüfatında mövsümi çalışanlara gündəlik nağd ödənişin yuxarı həddi artırılır
2025-10-09 | Vətəndaşlar əmək müqavilələrini artıq “mygov” platformasında imzalaya biləcəklər
2024-12-17 | 2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2024-12-12 | İş icazəsi elektron qaydada tərtib edilməlidir.
2024-12-11 | 2025-ci ilin bayram günləri AÇIQLANDI
2024-11-19 | Əlilliyi olan şəxslərin əmək münasibətlərinin tənzimlənməsi
2023-12-26 | 2024-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2023-10-20 | Noyabrda 5 gün ardıcıl iş olmayacaq

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!