Rayona işləməyə gedən bu şəxslərə - ƏLAVƏ ÖDƏNİŞLƏR VERİLƏCƏK

2019-07-13 | Kadr işi | 3710

«Hazırda Səhiyyə Nazirliyi ilə birgə həkimləri bölgələrə cəlb edəcək layihə üzərində işləyirik». İqtisadiyyat.Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

Qeyd edək ki, 2020-ci ildən Azərbaycanın bütün bölgələrində icbari tibbi sığortanın tətbiqi gözlənilir. Bu sahə ilə bağlı əsas problemlərdən biri bölgələrdə həkim qıtlığıdır. Ölkənin rayonlarında bəzi ixtisaslar üzrə həkimlər çatışmır, o cümlədən kəndlərdəki tibb məntəqələrində də kadr qıtlığı hiss olunur. Agentlik rəhbəri bildirib ki, bu problemi həll etmək üçün bölgələrə işləməyə gələn həkimlər üçün stimullaşdarıcı tədbirlr nəzərdə tutulub: «Biz hazırda Səhiyyə nazirliyi ilə birlikdə mütəlif proqramlar fikirləşirik ki, həkimləri bu prosesə necə daha çox cəlb etmək olar. Bunun üçün onlara əlavə müəyyən paketlərin verilməsi, əmək haqında müəyyən fərqlərin olması ilə bağlı təklifləri müzakirə edirik».

Təkliflər arasında həftənin bir hissəsini rayona gedərək orada işləyən həkimlər üçün əlavə ödənişlərin verilməsi də var: «Bir həkimin müvəqqəti olaraq 3 gün regionda səfər edib işləməsi zamanı ona ezamiyyə pulu deyil, əmək haqqı da alması orada göstərilən xidmətə görə bonus və sair alaraq işləməsi ilə bağlı da üsullar fikirləşirik ki, əhaliyə daha rahat olsun. Yəni əhali müalicə üçün regiondan Bakıya gəlməsin, əksinə, həkimər burdan regionlara getsinlər».

Mənbə: http://iqtisadiyyat.az/news/az/6390/Rayona-ilmy-gedn-bu-xslr-LAV-DNLR-VERLCK?fbclid=IwAR0A3JaCZ5iSlGjlirPHb7MUjqCFv8UOnQX784nudLkHLDKz2O-e_5mee9g

Kadr işi bölümünün son xəbərləri

2025-10-10 | Məsafədən iş və saatlıq əməkhaqqına dair qanun layihələrinin hökumətə təqdim edilməsinə başlanıb
2025-10-10 | Azərbaycanda əməkhaqqı rejimi dəyişir
2025-10-09 | Kənd təsərrüfatında mövsümi çalışanlara gündəlik nağd ödənişin yuxarı həddi artırılır
2025-10-09 | Vətəndaşlar əmək müqavilələrini artıq “mygov” platformasında imzalaya biləcəklər
2024-12-17 | 2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2024-12-12 | İş icazəsi elektron qaydada tərtib edilməlidir.
2024-12-11 | 2025-ci ilin bayram günləri AÇIQLANDI
2024-11-19 | Əlilliyi olan şəxslərin əmək münasibətlərinin tənzimlənməsi
2023-12-26 | 2024-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2023-10-20 | Noyabrda 5 gün ardıcıl iş olmayacaq

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!